Shanghai Masters: İlk finalçı müəyyənləşdi

Shanghai Masters: İlk finalçı müəyyənləşdi

Şanxayda keçirilən "Masters" seriyalı turnirdə ilk finalçı müəyyənləşib.

Daniil Medvedyev və Stefanos Tsitsipas arasındakı oyun başa çatıb. Rus tennisçi rəqibinə set verməyib və 1 saat 39 dəqiqə davam edən görüşdən 2:0 hesabı ilə qalib ayrılıb.


Rolex Shanghai Masters (Masters 1000)

Şanxay, Çin

Yarımfinal

Daniil Medvedyev (Rusiya) - Stefanos Tsitsipas (Yunanıstan) - 2:0 (7:6, 7:5)


Medvedyev iştirak etdiyi son 6 turnirin hamısında final oynayıb. Bu səfər onun həlledici görüşdəki rəqibi Matteo Berrettini - Aleksandr Zverev oyununun qalibi olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR