Simeon Slavçev:

Simeon Slavçev: "Həqiqətən çirkin təxribat idi"

"Qarabağ"ın futbolçusu Simeon Slavçev Lüksemburqda baş tutan "Dudelanj" - "Qarabağ" matçında baş verən təxribatla bağlı ölkəsinin mətbuatına danışıb.
 
Sport7.az xəbər verir ki, bolqar yarımmüdafiəçi bunları söyləyib: "Mən bu hərəkəti təkcə bir komandaya qarşı deyil, həm də bütün millətə edilən çirkin təxribat olaraq görürəm və qınayıram. Bunu törədən şəxs bizim konsentrasiyamızı pozmaq, hər şeydən əvvəl isə Azərbaycanın adına xələl gətirmək istəyirdi.

Dron aşağı enib, yuxarı qalxırdı. Bunu edən şəxsin məqsədi futbolçuları, xüsusilə də azərbaycanlı oyunçuları gülməli vəziyyətə salmaq idi. Onlar bayrağı tutmaq üçün balaca uşaqlar kimi havaya hoppanırdılar. Yaxşı ki, sonradan emosiyalarımızı cilovlaya bildik.

Azarkeşlərin meydana daxil olmasını və komanda yoldaşlarımın topla dronu vurmaq cəhdlərini haqlı sayıram. Çünki həqiqətən çirkin təxribat idi. Fasilədə paltardəyişmə otağında azərbaycanlı futbolçuların necə emosional olduqlarını, ölkələri üçün necə can yandırdıqlarını gördüm. Təxribatı törətməkdə məqsəd bizi özümüzdən çıxarmaq idi. Amma psixoloji baxımdan hər şeyə hazır olduğumuzdan istəkləri baş tutmadı. Baş məşqçi dedi ki, biz peşəkarıq və öz öhdəliklərimizi yerinə yetirməliyik. Daha sonra bu hadisənin bizə mənfi təsir etməməli olduğunu bildirdi. Düşünürəm ki, bu amil bizə uğur qazandırdı.

"Düdelanj"ın insidentlə heç bir əlaqəsi yoxdur. Təxribatı törədən şəxs dronu stadiondan kənarda, bir evin damından pult vasitəsilə idarə edirdi".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR