Simeon Slavçev “Qarabağ”dan ayrılır

Simeon Slavçev “Qarabağ”dan ayrılır

"Qarabağ"ın futbolçusu Simeon Slavçev qış fasiləsində klubu tərk edə bilər. 
 
Sport7.az xəbər verir ki, bu barədə "Topsport" məlumat yayıb. 
 
Xəbərə görə, Bolqarıstan millisinin futbolçusu "Levski" klubunun diqqət mərkəzindədir. Bolqarıstan təmsilçisinin 26 yaşlı yarımmüdafiəçini üçün Ağdam klubuna sərfəli təklif irəli sürdüyü bildirilir.

Qeyd edək ki, "Qarabağ" Slavçevlə 2018-ci ilin iyulunda 3 illik müqavilə imzalayıb. Lakin son vaxtlar futbolçu əsas heyətdən kənarda qalıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR