Simeone:

Simeone: "Messi və Qrizmann meydanda anlaşa bilmir? Bu, mənim yox, Valverdenin problemidi"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Antuan Qrizmannın "Barselona"ya adaptasiyası barədə fikirlərini danışıb:

"Qrizmannı bir neçə gün əvvəl görmüşəm. O, həqiqətən də, xoşbəxtdi. Olmaq istədiyi yerdədi - bunu görmək çətin deyil. Qrizmannın istedadı var, hər şey qaydasına düşəcək. O, yaxşı insandı, işinə ciddi yanaşır və komandaya uyğunlaşmağın nə olduğunu bilir.

Yavaş-yavaş komandaya ayaq uyduracaq. Antuanın uğurlu olacağına dair heç bir şübhəm yoxdu.

Messi və Qrizmann meydanda anlaşa bilmir? Bu, Valverdenin problemidi, mənim öz qayğılarım var".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR