Simmulyasiya edən baş məşqçi gülüş obyekti oldu - VİDEO

Simmulyasiya edən baş məşqçi gülüş obyekti oldu - VİDEO
Almaniya Kubokunda "Bayer"in "Münhenqladbax"ı məğlub etdiyi matçda ən çox diqqət çəkə olay leverkuzenlilərin baş məşqçisi Heyko Herrlixin meydanın kənarında artistcəsinə yıxıldığı məqam oldu.
 
Sport7.az xəbər verir ki, oyunun 75-ci dəqiqəsində top meydançanı tərk edərkən rəqib futbolçunun ona yüngülcə toxunuşundan bir neçə saniyə sonra mütəxəssis özünü yerə atıb. Təbi ki, bu da həmin anı görənlərin gülüşünə səbəb olub. Sonradan 46 yaşlı məşqçi açıqlamasında "Tətildə Maldiv adalarındaydım. Orda belə məni tanıyanlar dərhal bu olayla bağlı soruşdular. Hətta ofisantlar cib telefonlarına bunun videosunu da yükləmişdilər. Məni görən kimi telefonlarında təkrar izlətdilər. Mən də "Münhenqladbax"ın stadionunda çox külək vardı" cavabını verdim. Etiraf edirəm ki, bir həmkarımı bunu edərkən görsəm, mən də çox gülər və sonra onunla məzələnərdim" sözlərini söyləyib.


Sport7.az

Xəbər lenti