Sinsinnati (ATP): Cokoviç 1/4 finalda, Federer üçün turnir erkən bitdi

Sinsinnati (ATP): Cokoviç 1/4 finalda, Federer üçün turnir erkən bitdi

Sinsinnatidə keçirilən "Masters" seriyalı turnirdə üçüncü mərhələyə yekun vurulub.

Dünya bir nömrəsi Novak Cokoviç, ötən həftə Monrealda final oynayan Daniil Medvedyev və David Qoffan mərhələ adlayıblar. Rocer Federer Andrey Rublyova uduzaraq Sinsinnati ilə sağollaşıb. Mübarizəni dayandıranlar sırasında Karen Xaçanov və Aleks de Minaur da var.


Western and Southern Open (Masters 1000)

Sinsinnati, ABŞ

Üçüncü mərhələ

Andrey Rublyov (Rusiya) - Rocer Federer (İsveçrə) - 2:0 (6:3, 6:4)

Daniil Medvedyev (Rusiya) - Yan-Lennard Ştruff (Almaniya) - 2:0 (6:2, 6:1)

Rişar Qaske (Fransa) - Dieqo Şvartsman (Argentina) - 2:0 (7:6, 6:3)

Yoşihito Nişioka (Yaponiya) - Aleks de Minaur (Avstraliya) - 2:0 (7:5, 6:4)

Luka Puy (Fransa) - Karen Xaçanov (Rusiya) - 2:1 (6:7, 6:4, 6:2)
 
David Qoffan (Belçika) - Adrian Mannarino (Fransa) - 2:0 (7:6, 6:2)

Roberto Bautista-Aqut (İspaniya) - Miomir Keçmanoviç (Serbiya) - 2:0 (6:1, 6:2)
 
Novak Cokoviç (Serbiya) - Pablo Karreno-Busta (İspaniya) - 2:0 (6:3, 6:4)
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR