Şirer Özili "bombaladı"

Şirer Özili
İngiltərə Premyer Liqasının 29-cu turunda səfərdə "Brayton"a 1:2 hesabı ilə uduzan "Arsenal"da sular durulmur.
 
Sport7.az xəbər verir ki, komandanın əfsanəvi baş məşqçisi Arsen Venger başda olmaq üzrə bütün komanda tənqid oxlarından öz nəsibini alarkən, bu futbolçulardan biri də türk əsilli alman futbolçu Məsut Özildi. 
 
İngilislərin əfsanəvi futbolçusu "Sky Sport"da şərhçilik edən Alan Şirer "Match of the day" proqramında Məsutu sərt şəkildə tənqid edib.
 
Şirer "Məsut hələ yeni müqavilə imzalayıb və məsuliyyətli olması lazımdı. Ancaq meydanda rəsmən yeriyir və topu qazanmaq üçün qaçmır. Bu şəkildə davransanız ciddi problemlərlə qarşılaşarsız" ifadələrini söylədi.
 
Sport7.az

Xəbər lenti