“Sirli bir şey yoxdu” – Yuri Maksimov

“Sirli bir şey yoxdu” – Yuri Maksimov
"Oyun əhəmiyyət kəsb etmirdi. Hər iki komadanın tapşırıqları var idi”.
 
Sport7.az xəbər verir ki, bu sözlər "Keşlə”nin baş məşqçisi Yuri Maksimova məxsusdu.

Topaz Premyer Liqasının XXVI turunda "Qəbələ”nin qonağı olan paytaxt təmsilçisi səfərdən 1 xalla dönüb – 1:1.

Oyundan sonra keçirilən mətbuat konfransında ukraynalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Yaxşı komandaya qarşı oynadıq. Futbolçular istəkli idilər. Qalib gəlmək istəyirdilər. Bu, özünə hörmətdən doğurdu. Rəqibdən geri qalmadıq. Hər oyuna qalib gəlmək üçün çıxırıq. Bu da istisna deyildi”.


- Bu oyun sanki kubok öncəsi kəşfiyyat xarakteri daşıyırdı. Kəşfiyyatdan sonrakı fikriniz nədi?

- 8 komandalı çempionatda nəyisə kəşf etmək mümkünsüzdü. Hamı bir-birini yaxşı tanıyır. Bu baxımdan kəşf elədiyimi, kəşfiyyat apardığımı deyə bilmərəm. Meydana çıxıb oynamalıydıq və bunu da etdik.

- Gördüyümüz əsl "Keşlə” idi, yoxsa mayın 28-də görəcəyik əsl "Keşlə”ni?

- Yaxşı oynayanlar kubokun finalında da meydanda olacaq. Sirli bir şey yoxdu.

- Komanda hücuma gedəndə Vaqif Cavadov arxaya qayıdırdı, top sizə keçəndə isə əksinə - irəli. Onu oyunda saxlamağınızın səbəbi nə idi?

- Onun oyunu mənim xoşuma gəldi. (Apasport.az)
 
Sport7.az

Xəbər lenti