Sisse sərbəst buraxıldı

Sisse sərbəst buraxıldı

Fransanın "Lyon" klubunda forma geyinən Matye Valbuenı şantaj etmə iddiası ilə polis tərəfindən saxlanılan Cibril Sisse sərbəst buraxılıb. Sport7.az xəbər verir ki, 12 saat dindirilmədən sonra onun hakim qarşısına çıxarılmasına ehtiyac duyulmayıb.

Bu barədə futbolçu özü "twitter" hesabında yazıb: "vecinə alma, xoşbəxt ol. Şərhə ehtiyac yoxdu. Çoxu günahlandırar, çox az adam bilər, doğru olan susar". 

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü vaxtı ilə "Lion"da bir yerdə çıxış etdikləri Matye Valbuenanı intim videogörüntü ilə şantaj etməkdə təqsirli bilinirdi. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR