Siyasi gərginlik idmana da təsir etdi

Siyasi gərginlik idmana da təsir etdi
Ukrayna ilə Rusiya arasındakı siyasi gərginlik idmana da təsirsiz ötüşməyib. Belə ki, Ukraynalı idmançılar Rusiyada keçiriləcək yarışlarda iştirak etməyəcək.
 
Sport7.az xəbər verir ki, bu barədə Ukraynanın idman naziri İqor Jdanov məlumat yayıb.
 
Nazir sərəncam barədə "Facebook" səhifəsində paylaşıb. 

Jdanov Rusiyanın daxili və xarici siyasətini nəzərə alaraq, oradakı yarışlar ukraynalı idmançılar üçün təhlükəli olduğunu qeyd edib.

Sport7.az

Xəbər lenti