“Siz “topçu” yox, pryanik bişirənlərsiz” – “Arsenal”ı belə təhqir etdilər

“Siz “topçu” yox, pryanik bişirənlərsiz” – “Arsenal”ı belə təhqir etdilər

"Neftçi”nin 3:0 hesablı qələbəsi Rusiyada birmənalı qarşılanmayıb.

Sport7.az xəbər verir ki, yerli futbolsevərlər tulalıların mübarizədən kənarlaşması ilə heç cür razılaşmır. Sosial şəbəkələrdəki şərhlərdə onların nə dərəcədə əsəbi olduğunu görmək çətin deyil. Yüzlərlə fikir bildirənlər var ki, onların arasında ən diqqətçəkənləri ilə siz də tanış olun.

Crazy_elky: "Astroloqlar bu həftəni "Arsenal” üçün söyüş həftəsi elan ediblər. Söyüşlərin kəmiyyətinə limit qoyulmayacaq”.

Jannon: "Transfermarkt”ə baxdım. "Arsenal”dakı futbolçuların ümumi qiyməti: 32,18 milyon avro. "Neftçi”dəkilərin qiyməti: 10,8 milyon avro. Gözəllik!”
Leonid-90: "Ölü "Arsenal”. Bu, faciədi. Yekə kişilərdi, özlərini ilk görüşə gələn qız kimi apardılar”.

Updated: "Biabırçılıq "Arsenal”ın antirekorda imza atıb Avroliqa ilə vidalaşması deyil. Ən üzücü məqam rəqib qapısına 1 qol belə vura bilməməkdi”.

Leshik: "Neftçi”ni italyan çalışdırır, "Arsenal”ı isə hansısa Çerevçenko. Hansı ki, iki sözü dalbadal düzüb cümlə qura bilmir. Çoxdan deyirəm, yenə eyni fikirdəyəm: Xoxlov, Kononov, Çerevçenkonun timsalında məşqçilikdən anlayışı olmayan "kolxozlar”ı Rusiya futbolundan rədd etmək lazımdı. Bu biabırçılıqdan sonra "Arsenal”a yox, onun rəqiblərinə azarkeşlik edəcəm”.

Alex dostaevsky: "Tula – qəhrəmanlar şəhəri. Amma belə "qəhrəmanlar”ın yox”.

Çingizxan: "Sanki kimsə rəqibi "Neftçi”nin futbolçularına Tulanın yox, Londonun "Arsenal”ı kimi təqdim etmişdi. Bakılılar xarakter göstərdilər, məzmunlu və layiqli oyunla mərhələni adladılar. "Arsenal” bu mərhələni adlasaydı belə, israillilər önündə diz çökəcəkdi”.

Alişer Maxmudov: "Siz "topçu” yox, pryanik bişirənlərsiz”.

Toki Somaku: "Maraqlı bilirsiz nə olacaq? "Neftçi” "Spartak”la eyni qrupa düşəcək və moskvalıları da məğlub edəcək”.

This Day Walker: "London və Tula "Arsenal”larını ancaq belə şeylər birləşdirə bilər. Hər ikisi Bakını məğlub tərk edib. Hər ikisi də Avroliqada”.

Martin Vzyatkinson: "Amkaar” – "Fulhem” 1:0, "Sibir” – PSV 1:0, "Anji” pis vaxtlarında qrupdan çıxmağı bacarmışdı. Baxın, gözünüzə soxun”.

Qriqori Brovçuk: "Arsenal”ın cinsiyyət orqanında problem var. Təcili yoxlatdırmaq lazımdı”.

Selqa_Spartak: "Təsəvvür edin ki, Azərbaycanda hələ çempionat başlamayıb. Gör başlasaydı, nə edərdilər”.

İlya Şapilov: "Rusiya futbolunun üz qaraları, axmaqlar!” (Futbol+)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR