ÇSKA-nın üzvü türk klublarının hədəfində

ÇSKA-nın üzvü türk klublarının hədəfində
Rusiyanın ÇSKA klubunun futbolçusu Ahmed Musa keryerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Sport7.az xəbər verir ki, 25 yaşlı hücumçu tanınmış türk klublarının maraq dairəsinə düşüb. 
 
Onun xidmətində "Qalatasaray”, "Beşiktaş” və "Fənərbaxça” maraqlıdır.

Qeyd edək ki, Mövsümün ikinci yarısında çıxış etdiyi Rusiya çempionatında Musa 9 görüşdə 5 qol vurub. O, müqavilə ilə "Lester"ə məxsusdu.

Xatırladaq ki, "Qalatasaray” hələ qışda Musanı heyətinə cəlb etmək istəyirdi. Həmin vaxt İstanbul klubu afrikalı forvard üçün ildə 3,5 milyon avro əmək haqqı təklif etsə də, transfer baş tutmamışdı.
 
Sport7.az

 

Xəbər lenti