Slavko Braliç: "İnanıram ki, "Uypeşt"lə oyuna tam hazır olacağıq"

Slavko Braliç:
"Neftçi”nin futbolçusu Slavko Braliç Bosniya və Herseqovina təmsilçisi "Çelik”lə yoxlama oyununu (4:1) dəyərləndirib.
 
Sport7.az xəbər verir ki, Xorvatiyalı futbolçu klubun rəsmi saytına açıqlamasında bunları bildirib:

"Təlim-məşq toplanşında artıq üçüncü qələbəni qazandıq. 4:1 hesabı ilə qalib gəldik. Buna görə çox sevinirik. Hazırlığımız çox yaxşı gedir. Məşqlərə eyni qaydada davam etməliyik. İnanıram ki, "Uypeşt”lə oyuna tam hazır olacağıq”.
 
Sport7.az

Xəbər lenti