Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirildi

Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirildi

Millimizin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçirəcəyi səfər oyununun stadionu dəyişdirilib.

Sport7.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi paytaxt Bratislavadakı Milli Futbol Stadionunda yox, Trnava şəhərindəki Anton Malatinski adına stadionda keçiriləcək.

Buna Paraqvayla yoldaşlıq görüşündən sonra Bratislavadsakı stadionun ot örtüyünün yararsız hala düşməsi səbəb göstərilir.

Noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR