Şneyder futbola qayıdır

Şneyder futbola qayıdır

2019-cu ildə karyerasını bitirmiş məşhur niderlandlı futbolçu Uelsli Şneyder yenidən yaşıl meydanlara qayıda bilər. 
 
Sport7.az xəbər verir ki, karyerasında Madrid "Real"ı, Milan "İnter"i kimi komandaların adı olan sabiq ulduz futbolçu 1 il sonra yenidən futbola qayıtmağın planlarını cızır.
 
Butslarını mıxdan asdıqdan sonra dəfələrlə artıq çəkisi ilə gündəmə gələn Şneyder arıqlamaq üçün çalışmalara başlamaq istəyir. Bu səbəbdən Hollandiyanın həəvəskar liqasında mübarizə aparan "DOS Holland Stichtse Boys"la məşqlərə qatılan 36 yaşlı futbolçu lazımi formanı yığsa Erediviziyaya qayıda bilər. 
 
"Utrext"in baş məşqçisi Jordi Zuidam onunla bağlı açıqlamasında "Şneyder yenidən oynamaq istəyir. Amma bir mövsüm meydana çıxmayıb. Fasilə verib daha sonra yaşıl meydanlara qayıtmağın necə təcrübə olduğunu dadmaq istəyir. Artıq çəkidən azad olmalı və bədənini əvvəlki şəklinə gətirməlidi. Formasının zirvəsindəki Şneyder bizim üçün yaxşı fürsətdi" sözlərini işlədib. 
 
Bir müddət öncə "Bavariya"nın sabiq futbolçusu, karyerasını elə alman klubunda bitirmiş Aryen Robben də yetişdiyi "Qroningen"ə keçməklə futbola döndüyünü açıqlamışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR