SOCAR

SOCAR "Qalatasaray"a sponsor olur

Son bir neçə ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin böyük klubları ilə sponsorluq müqaviləsi imzalayacağı ilə bağlı xəbərlər yayılsa da, hər dəfə təsdiqini tapmayıb. Hətta dünyanın ən böyük neft şirkətlərindən biri olan SOCAR-ın qardaş ölkədə böyük klubların stadionlarına ad sponsoru olacağı ilə bağlı xəbərlər də təkzib olunub. Amma deyəsən bu dəfə danışıqlar prosesi müsbət yekunlaşmaq üzərdir. Belə ki, SOCAR Türkiyənin ən böyük klublarından biri, qardaş ölkənin Çempionlar Liqasındakı yeganə təmsilçisi "Qalatasaray"la sponsorluq müqaviləsi imzalayır.
 
Sport7.az xəbər verir ki, bu barədə Fanat.Az-a İstanbul klubunun İdarə Heyətinin üzvlərindən biri məlumat verib. Onun sözlərinə görə, hazırda danışıqlar prosesi yekunlaşmaq üzrədi. Rəsmi müqavilə sentyabrın 15-ədək imzalanacaq. Bundan iki gün sonra isə Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına start veriləcək və SOCAR "Qalatasaray"ın forma sponsoru olaraq növbəti dəfə dünya futbol arenasında görünəcək. Müqavilənin detalları açıqlanmır.

Anlaşmanın son detallarını müzakirə etmək üçün "Qalatasaray" prezidenti Mustafa Çingizin Bakıya səfəri gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR