ŞOK!

ŞOK! "Araz Naxçıvan" rəsmən fəaliyyətini dayandırdı

Ötən gün "Araz Naxçıvan"ın fəaliyyətini dayandırması ilə bağlı məlumat vermişdik. Klubun rəsmi saytında yayımlanan qısa açıqlamada bunun səbəbləri açıqlanmasa da, günün ikipci yarısında ətraflı məlumat veriləcəyi bildirilmişdi. Ötən gün gözlənilən açıqlama verilməsə də, bu gün rəsmi sayt vasitəsi ilə bir daha klubun fəaliyyətini dayandırdığı elan edilib. Həmin məlumatı olduğu kimi təqdim edirik:

"Araz Naxçıvan" PFK ötən gün fəaliyyətini dayandırması ilə bağlı açıqlama vermişdi və PFL-ə də rəsmi məktub göndərmişdi. Bu məlumatla bağlı yerli mətbuatda bir sıra xəbərlər öz əksini tapdı. Bəzi mətbu orqanlar əsassız xəbərlər yayaraq, klubun dağıldığını müəyyən səbəblərlə bağladılar. Lakin bu xəbərlərin çoxu həqiqəti əks etdirmir.

Muxtar Respublika klubunun çempionatı tərk etməsi və fəaliyyətinin dayandırırmasının səbəbi isə tam fərqlidir. Belə ki, "Araz Naxçıvan"ın çempionatı tərk etməsinin əsl səbəbi öncədən məlum idi. Çünki klub yaradılarkən öz strategiyasına uyğun olaraq fəaliyyət dairəsi seçmişdi. İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd qoyan komandanın əsl məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli oyunçuların gücündən istifadə etmək idi. Lakin zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar Muxtar Respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına səbəb oldu. Xatırlayırsızsa, hələ çempionatın 2-ci turunda "Qəbələ", 4-cü turunda isə "Sumqayıt"la oyunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu. Sonradan məsələ öz həllini tapsa da, klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi. Ancaq sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbr kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi.

Biz "Araz Naxçıvan" PFK olaraq, çempionatı təşkil edən PFL-ə, həmçinin futbolun inkişafı üçün çalışan AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk və çempionatın növbəti turlarında digər klublara uğurlar arzulayırıq. Yarandığı gündən etibarən komandanın daim yanında olan sadiq azarkeşlərimizə minnətdarlığımızı bildiririk".

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR