Şok iddia: İtalyanlar Çempionlar Liqası zamanı virusa yoluxublar

Şok iddia: İtalyanlar Çempionlar Liqası zamanı virusa yoluxublar

İspaniya radiosu "Cadena SER” maraqlı iddia ilə çıxış edib.

Sport7.az xəbər verir ki, radiokanalın ekspertləri İtaliyada və İspaniyada kütləvi yoluxma hallarının Çempionlar Liqasının qarşılaşmasından sonra başladığını iddia edib.

Eksertlər düşünürlər ki, "San Siro”nun dolu tribunaları qarşısında keçirilən "Atalanta” – "Valensiya” qarşılaşmasında insanlar kütləvi surətdə virusa yoluxublar. Həmin günə qədər İtaliyada koronavirusla bağlı ciddi problem yaşanmayıb.

Maraqlıdı ki, hazırda virusa ən çox yoluxma halı Lombardiya əyalətində rast gəlinir. Çinli işçilər məhz Milandakı tikiş fabriklərində çalışırlar. Virusun tez yayılması da onların yeni il tətilindən sonra İtaliyaya dönməsinə təsadüf edib. Ekspertlər düşünür ki, "San Siro”nun dolu tribunaları da bu işə böyük təkan verib.

Hazırkı rəqəmlərə görə, İtaliyada 60 min insan koronavirusa yoluxub. Onlardan 5000 nəfərdən çoxu dünyasını dəyişib.

Xatırladaq ki, "Atalanta” Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 20-də keçirilən qarşılaşmada "Valensiya”nı 4:1 hesabıyla məğlub etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR