ŞOK! İdmançıya mişarla hücum etdilər

ŞOK! İdmançıya mişarla hücum etdilər
Cənubi afrikalı triatlon idmançısı Mhlengi Qvala ölkəsinin Durban şəhərində səhər velosipedlə məşq edərkən 3 nəfərin hücumuna məruz qalıb. 
 
Sport7.az xəbər verir ki, Kvazulu-Natal əyalətindəki elit idmançı proqramının prezidenti Dennis Cekson hücum edənlərin, bir yoxuşu dırmanmağa çalışan 27 yaşlı yığma üzvünün önünü kəsdiyini bildirib.
 
Ceksonun bildirdiyinə görə,  cib telefonunu, portmanatını və velosipedini verməyi təklif edən Qvalanı yol kənarına aparan oğrular, küt bir mişarla idmançının sağ ayağını kəsməyə çalışıb. Sümüyə çatana qədər davam edən vəhşilər, mişarın kəsmədiyini görüb digər ayağına keçiblər. İdmançının sol ayağını da kəsməyi bacaramayınca hamısı hadisə yerindən qaçıb. Sürünərək yola çıxan idmançı ordan avtomobillərlə keçən sürücülərin yardımı ilə xəstəxanaya çatdırılıb. 
 
Qvalanın həyati təhlükəsi olmadığını söyləyən Cekson həkimlərin rəyinə əsasən idmançının əzələ sinirlərlə yanaşı sümüklərdə də zədə olduğunu, amma onun ayağını xilas edə biləcəkləri barəsində ümidli olduqlarını söyləyib.
 
Polis tərəfindən hadisə ilə bağlı cinayət işi də açılıb
 
Sport7.az

Xəbər lenti