ŞOK! Nigeriya yığmasının iki futbolçusu qaçırıldı

ŞOK! Nigeriya yığmasının iki futbolçusu qaçırıldı

Nigeriyada iki futbolçu silahlı şəxsər tərəfindən qaçırılıb.
 
Sport7.az xəbər verir ki, oğrular futbolçuları pul qoparmaq məqsədilə qaçırıblar. Bu haqda Nigeriyanın Ondo əyalətinin təhlükəsizlik orqanının rəhbəri Undi Adye açıqlama verib. Onun sözlərinə görə Nigeriya yığmasında oynayan Dayo Oyo və Benyamin İluyomade adlı futbolçular Benin-Akure yolunda silahlı şəxslər tərəfindən qaçırılıb. 
 
Adye açıqlamasında futbolçuların sərbəst buraxılması müqabilində quldurların 100 milyon naira (təxminən 270 min dollar) istədiklərini bildirib. O futbolçuların xilas edilməsi üçün əməliyyata başlanıldığını da söyləyib. 
 
Bu ilk hadisə deyil. Dekabrda da Nigeriyanın cənub bölgəsində iki rahib qaçırılmış və 10 milyon naira istənilmişdi. Ümumiyyətlə Afrikanın ən çox əhali yaşayan ölkəsi olan Nigeriyada təhlükəsizlik boşluqları səbəbindən adam qaçırılma hadisələrinə tez-tez rast gəlmək olur. 
 
Adıçəkilən futbolçulardan Dayo Ojo 2012-ci ildə 18 yaşında "Qalatasaray"da baxışda olub. Həmin vaxt da komandaya Fatih Terim rəhbərlik edirdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR