ŞOK: Olimpiya Oyunları şəhərində EPİDEMİYA YAYILIR

ŞOK: Olimpiya Oyunları şəhərində EPİDEMİYA YAYILIR
Fevralın 9-da Pxençanda start götürəcək Qış Olimpiya Oyunları gözlənilməz təhlükə - norovirus infeksiyası epidemiyası ilə üzləşib.

Sport7.az xəbər verir ki, artıq qastroenteritə səbəb olan virusla həm xidmət personalı, həm də idmançılar yoluxub. İnfeksiyanın yayılmasından ehtiyatlanan təşkilatçılar təhlükəsizlik xidmətinin 1200 əməkdaşını işdən uzaqlaşdırmağa məcbur olub.

Epidemiya riskindən əlavə, oyunlara güclü şaxtalar da maneə yarada bilər. Belə ki, Pxençanda havanın temperaturu gecələr mənfi 21 dərəcəyə qədər aşağı enir. Bu səbəbdən təşkilatçılar tamaşaçıları isti qida və adyalla təmin edəcəklərini bildiriblər.

Təşkilat komitəsi isə öz növbəsində əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi idman növləri üzrə yarışların digər vaxta keçirilməsini istisna etmir. Lakin bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul olunmalıdır.
 
Sport7.az

Xəbər lenti