Şok qərar: Süleymanoğlunu qəbirdən çıxaracaqlar

Şok qərar: Süleymanoğlunu qəbirdən çıxaracaqlar
Türkiyənin tanınmış idmançısı, ağırlıqqaldıran Naim Süleymanoğlunun məzarı açılacaq.
 
Sport7.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 
 
Xəbərə görə, buna səbəb yopaniyalı qadından dünyaya gəldiyini iddia edən qızının məhkəmə iddiası olub.

Qız Naim Süleymanoğlunun onun atası olduğunu iddia edir və atalıq testi tələb etdiyi üçün məhkəmə məzarın açılması və DNT testinin aparılmasına qərar verib. Süleymanoğlunun məzarı açılaraq analizlər götürüləcək.

Qeyd edək ki, Bolqarıstanda dünyaya gələn Naim Süleymanoğlu Türkiyəni br sıra beynəlxalq yarışlarda təmsil edərək qələbə qazanıb. Ona Türkiyədə "dünyanı qaldıran adam" ləqəbi verilib. 
 
Sport7.az

Xəbər lenti