ŞOK! Ramin Musayevin Əmri ilə daha bir klub çempionatdan kənarlaşdırıldı

ŞOK! Ramin Musayevin Əmri ilə daha bir klub çempionatdan kənarlaşdırıldı
Dünən Bakının "Lokomotiv" futbol klubu 79 saylı məktubla fəaliyyətini dayandırması və növbəti turdan etibarən I dəstədə çıxışını davam etdirməyəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. 

Sport7.az xəbər verir ki, PFL bu məsələ ilə bağlı İntizam Komitəsinə (İK) müraciət edərək müvafiq qərarın çıxarılmasını bildirib.  

Yuxarıda göstərilənləri nəzərə alaraq, İK 56.3 maddəsinə əsasən aşağıdakı qərarları qəbul edib: "Lokomotiv” klubu 2014/15 mövsümündə Azərbaycan I divizionundan xaric edilsin. Oyunların 50%-də iştirak etdiyinə görə, iştirakı ilə keçiriləcək növbəti matçlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilsin".

PFL prezidenti Ramin Musayev isə İK-nın qərarını və klubun məktubunu nəzərə alıb "Lokomotiv"in kənarlaşdırılması haqda Əmr verib.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqada çıxış edən "Araz Naxçıvan" hakim haqsızlığı ilə üzləşdiyini əsas göstərib çempionatdan çıxmışdı. "Lokomotiv" isə bir başqa naxçıvanlı iş adamı - Hafiz Məmmədovun layihələrindən biridir. Məlum səbəbdən onun maliyyə durumunda yaranan problem sahibi olduqları "Bakı" və "Lokomotiv"in durumlarına da təsir edib.

Sport7.az

Xəbər lenti