Son 4 mövsümdə ilk dəfə

Son 4 mövsümdə ilk dəfə

"Sumqayıt”ın futbolçusu Əli Qurbani Azərbaycan Premyer Liqasında I dövrənin bombardiri olub.
 
Sport7.az xəbər verir ki, o, arxada qalan 7 turda 6 qol vurub. Bu, son 4 mövsüm üçün mütləq rekorddur. Belə ki, əvvəlki üç çempionatın startında belə məhsuldarlıq qeydə alınmayıb. İlk 7 turda 6 və ya daha çox qol vuran sonuncu futbolçu 2016/17 mövsümündə olub. Həmin vaxt "Qəbələ”nin şərəfini qoruyan Baqali Dabo daha çox – 7 top vurub.

Bombardirlər yarışında lider olan Qurbaninin ən yaxın izləyicisi Namiq Ələsgərov ("Neftçi”) 5 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR