Son Hın Minin qırmızı vərəqəsi ləğv olundu

Son Hın Minin qırmızı vərəqəsi ləğv olundu

"Tottenhem"in Son Hın Minin "Everton"la görüşdə (1:1) aldığı qırmızı vərəqə ilə bağlı apellyasiya müraciəti İngiltərə Futbol Assosiasiyası tərəfindən müsbət qiymətləndirilib.

Son Hın Minin qırmızı vərəqəsi ləğv olunub. Cənubi koreyalı futbolçunun 3 oyunluq cəzası aradan qalxıb.

"Everton"la oyunda Son Hın Minin müdaxiləsindən sonra Andre Qomeş Serj Orye ilə toqquşmuşdu. Baş hakim Martin Atkinson əvvəlcə sarı vərəqə göstərsə də, portuqaliyalı futbolçunun zədəsinin ciddi olduğunu gördükdən sonra Sonu meydandan qovmuşdu.

Qeyd edək ki, Qomeşin sağ ayağının topuq çıxıntısında sınıq və yerdəyişmə aşkarlanıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR