"Son onilliyin ən yaxşı idmançısı Lebron yox, mənəm" - Floyd Meyvezer

Boksçu Floyd Meyvezer Lebron Ceymsin "Associated Press" tərəfindən son onilliyin ən yaxşı kişi idmançısı seçilməsinə münasibət bildirib:

"Lebronu sevirəm. Amma son dekadanın ən yaxşı idmançısından söhbət gedirsə, bu, mənəm. Mənim arxamda milyardlarla dəyəri olan sponsorlar, şirkətlər yoxdu. Onlar öz atletlərinin təbliğatını aparırlar".

Lebron Ceyms üçqat NBA çempionudu. Floyd Meyvezer isə professional boks karyerası ərzində keçirdiyi 50 görüşün hamısından qalib ayrılıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR