"Son qələbədən sonra komandada özünəinam artıb" – "Neftçi"nin futbolçusu

"Neftçi" Topaz Premyer Liqanın 19-cu turu çərçivəsində qarşılaşacağı "Keşlə” ilə oyunun hazırlığını davam etdirir.

Sport7.az xəbər verir ki, "ağ-qaralar” bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Qapıçı Rəşad Əzizli Neftçi TV-yə açıqlamasında "Keşlə” ilə oyuna hazırlığı dəyərləndirib:

"Son qələbədən sonra komandada özünəinam daha da artıb. Hər birimiz inanırıq ki, daha da yaxşı nailiyyətlər qazanmağa hazırıq. Azarkeşlərə təşəkkürümüzü bildiririk ki, son oyunda da bizə dəstək oldular. Onların sayəsində qələbə qazandıq. "Keşlə” ilə matçda da azarkeşləri tribunalarda görmək istəyirik, çünki onların dəstəyinə çox ehtiyacımız var”.

Xatırladaq ki, martın 9-da "Bakcell Arena”da olacaq "Keşlə” – "Neftçi” oyunu saat 18:00-da başlanacaq.
 

 
Sport7.az

Xəbər lenti