"Sona qədər döyüşdük" - Zaur Svanadze

Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında "İnter" nəhəng rəqibi "Atletik"ə uduzmadı -0:0.  Sport7.az xəbər verir ki, təmsilçimiz yalnız ilk oyunun (0:2) nəticəsinə görə mərhələ adlaya bilmədi.

Mübarizəni dayandıran "bankirlər"in baş məşqçisi Zaur Svanadze oyundan sonra təşkil olunmuş mətbuat konfransında matçla bağlı fikirlərini açıqlayıb: "Yaxşı oyun nümayiş etdirdik. Güclü rәqibә qarşı mübarizәyә görә futbolçularıma minnətdaram. Artıq bütün fikrimizi Premyer Liqaya yönəltməyin vaxtıdı. Biz hücuma atılırdıq. Qol vurmaq istəsək də, bu, alınmadı. Fikrimcə, rəqibin gücü hər kəsə bəllidi. Buna baxmayaraq, sona qədər döyüşdük".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR