Soni Mustivar:

Soni Mustivar: "Neftçi" sevgi, emosiya, ehtiras deməkdir"

Bu gün "Neftçi”nin futbolçusu Soni Mustivarın 30 yaşı tamam olur.
 
Sport7.az xəbər verir ki, 1990-cı ildə dünyaya gəlmiş haitili yarımmüdafiəçi 2017/2018 mövsümündən çıxış etdiyi "Neftçi"nin heyətində 54 oyun keçirib, 3 qol vurub. Mustivar Haiti millisinin forması ilə meydana çıxdığı 19 matçda 2 dəfə fərqlənib.

Klubun rəsmi saytı futbolçunu təbrik edib və müsahibə alıb.

- Doğum gününüz mübarək, Soni! Özünüzü 30 yaşda necə hiss edirsiniz?

- Təbrikinizə görə sağ olun. Özümü gənc hiss edirəm (gülür).

- Həyatınızda ən gözlənilməz hədiyyə hansı olub?

- Ən gözlənilməz hədiyyəni mən bir neçə il əvvəl almışdım. Neçənci il olduğu yadımda deyil, amma hədiyyə "Nintendo 64” oyun konsolu idi.
 
- Bu günü necə keçirəcəksiniz?

- Doğum günümü həyat yoldaşım və dostlarımla qeyd edəcəm. Qeyri-adi bir şey olmayacaq.

- Artıq bir neçə ildir ki, "Neftçi”dəsiniz. Bu klub sizin üçün nə məna daşıyır?

- "Neftçi” sevgi, emosiya, ehtiras deməkdir.

- Bu mövsüm bir oyunda hətta komandanın kapitanı qismində oynamısınız.

- Bəli və buna görə qurur duyuram. Mənim üçün komandanın hər bir oyunçusu kapitandır. Biz "Neftçi”ni layiqli şəkildə təmsil etməliyik.

- Həftəsonu "Keşlə”yə qarşı keçiriləcək oyun ərəfəsində azarkeşlərə nə deyə bilərsiniz?

- Arzum odur ki, oyuna gəlsinlər. Nə qədər çox olsalar, o qədər də biz güclü olacağıq. Qələbəni bir yerdə yaşayaq!
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR