Spalletti

Spalletti "Fiorentina"nı çalışdıra bilər

"Fiorentina" baş məşqçi Vinçentso Montella ilə yollarını ayırmağı planlaşdırır.

İtaliya A Seriyasındakı son 5 matçının sadəcə birindən qalib ayrılan "Fiorentina" 12 turdan sonra turnir cədvəlinin 9-cu sırasında qərarlaşıb.

"Firenze Viola"nın xəbərinə görə, "bənövşəyilər"in rəhbərliyi Luçano Spallettinin namizədliyini nəzərdən keçirir. Tərəflər arasında danışıqlar artıq başlayıb.

Spalletti ötən mövsümün sonundan bəri işsizdi. Digər tərəfdən, onun "İnter"lə 2021-ci ilə kimi müqaviləsi var. Bu səbəbdən "Fiorentina" təzminat məbləği ödəməli olacaq. Bir digər problem isə 60 yaşlı mütəxəssisin yüksək maaş tələbi ilə bağlıdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR