Şpaqaçılarımız 1/4 final mərhələsində dayandı

Şpaqaçılarımız 1/4 final mərhələsində dayandı

Bəhreynin paytaxtı Manama şəhərində şpaqa üzrə gənclərin Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.
 
Sport7.az xəbər verir ki, milli komandamızın üzvlərindən Ruslan Həsənov ümumi göstəricidə 5-ci olub. Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Ruslan uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirib. 1/16 finalda Yeni Zenlandiya təmsilçisi Metyu Valkenburqu 15:11 hesabı ilə məğlub edən Həsənov ardınca rusiyalı Kirill Qurov üzərində 15:10 hesablı qələbə qazanıb. Ruslan Həsənov 1/4 finalda turnirin qalibi, Rusiya idmançısı Dmitriy Şvelidzeyə 11:15 hesabı ilə uduzub.

Həsənov ənənəvi keçirilən turnirdə ötən il gümüş medal qazanıb.
 
Digər şpaqaçılarımızdan qrup mərhələsini 4 qələbə ilə başa vuran Barat Quliyev ən güclü 32 şpaqaçı sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Səudiyyə Ərəbistanı təmsilçisi Əhməd Əldərbiyə 15:2 hesabı ilə qalib gəlib. Barat qələbə seriyasını misirli Məhəmməd Adamla görüşdə də davam etdirib. Quliyev rəqibi üzərində 15:10 hesablı qələbə qazanıb. Şpaqaçımız 1/4 finalda Rusiya şpaqaçısı İqor Qaninə 8:15 hesabı ilə uduzub.

Qrupda qazandığı 4 qələbə sayəsində pley-offa yüksələn Fərrux Səfərov isə 1/16 finalda Rusiya təmsilçisi Vladimir Tolasova 9:15 hesabı ilə məğlub olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR