"Spartak" və MOİK-in sabiq oyunçusu meyiti tapıldı

Rusiyada "Spartak" və MOİK-in sabiq xokkeyçisi Stanislav Aqafonov vəfat edib.

Sport7.az xəbər verir ki, o, 34 yaşında dünyasını dəyişib. Aqafonovun meyiti Leninqrad vilayətinin Vertemyagi kəndindəki evdə aşkarlanıb. Tanışı onunla əlaqə yarada bilmədiyi üçün bir neçə gün əvvəl polisə müraciət edib. Bəzi məlumatlara görə, xokkeyçi narkotikdən istifadə edib. Meyitin yaxınlığında şprislər, naməlum ağ maddə və qaşıq tapılıb. Onun yüksək dozaya görə öldüyü ehtimal edilir.

Stanislav Aqafonov 2012-ci ildən məşqçi kimi fəaliyyət göstərib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR