Məşhur rejissor və aktyor Spayk Li Kobi Brayantın xatirəsini yad etmək məqsədi ilə "Oskar" mükafatının təqdimetmə mərasiminə xüsusi geyimdə qatılıb.
Basketbolla yaxından maraqlanan Li "Niks" azarkeşidi. 2009-cu ildə o, Kobiyə həsr olunmuş "Kobe Doin' Work" sənədli filmini çəkib.
Qeyd edək ki, Kobi Brayant və qızı Canna yanvarın 26-da baş vermiş helikopter qəzasında dünyalarını dəyişiblər.


Sport7.az