“Splash brothers” Bakıda qalib oldu

“Splash brothers” Bakıda qalib oldu
Bakıda basketbol üzrə növbəti turnir keçirilib.

Sport7.az-a Basketbol Federasiyasının mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, avqustun 7-də paytaxtımızda 3x3 basketbolu üzrə növbəti turnir keçirilib. Yarışda 36 komanda mübarizə aparıb. Onlardan 4-ü peşəkar, 22-si həvəskar, 10-u isə yeniyetmələrdən ibarət kollektivlər olub. Peşəkarlar arasında birinci yerə Amil Həmzəyev, Polad Həsənov və Emin Cəfərovun yer aldığı "Gence Fires” komandası sahib çıxıb. Həvəskar komandalar arasında keçirilən yarışda isə "F.6.P” klubu hamıdan güclü olub. Nəhayət, yeniyetmələrin turnirində "Splash brothers” komandası qalib adını qazanıb.

Turnirin gedişində keçirilən "Three Point Contest” müqabiqəsində Anar Həsənov böyüklər, Raul İsmayılov isə yeniyetmələr arasında ən yaxşı nəticəni göstərib. İsmayılov həmçinin yeniyetmələr arasında turnirin ən dəyərli oyunçusu seçilib. Böyüklərin yarışında isə bu ada Rüstəm Əliyev layiq görülüb.

Qeyd edək ki, artıq sayca 8-ci dəfə keçirilən budəfəki turnir "3x3 Azərbaycan” layihəsinin bir illiyinə və Rio Yay Olimpiya Oyunlarına həsr olunub.

Xəbər lenti