"Sportinq"ə oyun alğı-satqısı ŞOKu!

Azarkeş hücumunun "yaralarını sarımağa" çalışan Portuqaliya nəhəngi "Sportinq", haqqında başladılan oyun alğı-satqısı ilə daha bir zərbə alıb.
 
Sport7.az xəbər verir ki, polis rüşvətxorluqlıa bağlı araşdırmalara başlayıb. Əməliyyat çərçivəsində klubda və ittihamlarda adı hallananların evində araşdırmalar aparıb. 
 
Yerli mətbuata görə "Sportinq"ə qarşı başladılan əməliyyatın səbəbi hakimlərə və rəqib oyunçulara rüşvət təklif etməkdi. Klub prezidenti Bruno de Karvalyonun sağ əli, menecer Andre Geraldes, ittihamların mərkəzindəki şəxsdi.
 
Sport7.az

Xəbər lenti