Sportnet.az üçün ilk yubiley

Sportnet.az üçün ilk yubiley

Bu gün Sportnet.az internet nəşrinin fəaliyyətə başlamasından 5 il ötür.

Sayt 2014-cü il mayın 15-də İdman Araşdırmalar Mərkəzinin (İAM) layihəsi kimi fəaliyyətə başlayıb. Ötən müddətdə Sportnet.az bütün növlər üzrə ölkədaxili və beynəlxalq yarışları işıqlandıırıb, Azərbaycan idmanının təbliği istiqamətində müxtəlif layihələr həyata keçirib. İnternet nəşrdə mühüm olaylar barədə xəbərlər, reportajlar hazırlanır, müxtəlif mövzularda müsahibələr, araşdırmalar, təhlillər yer alır.

Sportnet.az-ın yubileyi ərəfəsində İAM daha bir layihəsini həyata keçirərək, avtomobil həvəskarları üçün Autocity.az saytını istifadəyə verib.

5 illik yubiley münasibətiylə həmkarlarımızı təbrik edir, daha böyük uğurlar arzulayırıq!

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR