Stadionunda tribunası çökən klub günahlandırıldı

Stadionunda tribunası çökən klub günahlandırıldı
Fransa çempionatında "Amyen" - "Lill" matçında tribuna çökmüşdü.
 
Sport7.az xəbər verir ki, bu hadisədən sonra "Lill" rəhbərliyi rəqib klubu təhlükəsizlik şəraitinin təmin edilməməsində günahlandırıb. Tribunanın uçması nəticəsində 29 "Lill" azarkeşi xəsarət alıb ki, onlardan da 5-nin vəziyyəti ağırdır.

İnsident "Amyen" klubunun ev oyunlarını keçirdiyi "Stad de la Likorn" stadionunda baş verib. "Lill" fanatları Fode Ballo Turenin qolunu bayram edən zaman, gözlənilmədən oturacaqların qarşısındakı maneə aşıb və insanlar yuxarıdan aşağıdakıların üzərinə düşüblər.
 
Sport7.az

Xəbər lenti