Stefanos Tsitsipasın son iki ay ərzində ilk rəsmi qələbəsi

Stefanos Tsitsipasın son iki ay ərzində ilk rəsmi qələbəsi

ATP-nin reytinq cədvəlində 7-ci sırada qərarlaşan Stefanos Tsitsipas Pekində keçirilən "China Open" turnirinin ilk mərhələsində Duşan Layoviçi 2:1 (4:6, 6:3, 6:4) hesabı ilə məğlub edib.

Bu, Tsitsipasın avqust ayının əvvəllərindən bəri rəsmi oyunlarda ilk qələbəsidi. Yunan raketka ustası Monrealda, ardınca Sinsinnatidə keçirilən "Masters" turnirlərində, həmçinin "US Open" və Çjuhaidə birinci mərhələdə mübarizəni dayandırmışdı. 21 yaşlı tennisçi bu müddət ərzində Leyver Kubokunda bir oyundan qalib ayrılmışdı. Lakin sözügedən turnir rəsmi status daşımır.

Qeyd edək ki, Tsitsipas "China Open"in ikinci mərhələsində Nikoloz Basilaşvili ilə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR