Stefen Körri:

Stefen Körri: "Bu mövsüm oynamağı planlaşdırıram"

"Qolden Steyt"in point-qardı Stefen Körrinin zədə səbəbindən mövsümün tamamını qaçıracağına dair xəbərlər yayılmışdı.

Ulduz basketbolçu son açıqlamasında məsələyə aydınlıq gətirib:

"Dəqiq vaxt deyə bilmərəm, amma bu mövsüm oynamağı planlaşdırıram. Yəqin ki, yazın ilk aylarında parketlərə qayıdaram. Hər şey reabilitasiya prosesindən asılıdı. Daha əvvəl qolumda heç vaxt sınıq və ya bənzər zədə olmayıb".

Qeyd edək ki, Körri "Finiks"lə oyunda zədələnmişdi. Onun sol əlinin ikinci metakarpalında sınıq aşkarlanmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR