Stefen Körridən yeni NBA rekordu (FOTO)

Stefen Körridən yeni NBA rekordu (FOTO)

"Qolden Steyt"in point-qardı Stefen Körri NBA-da yeni rekord müəyyənləşdirib.

Körri NBA tarixində 4:0 hesabı ilə yekunlaşan pley-off seriyalarında ən çox xal toplayan oyunçu olub. O, "Portlend" seriyasında aktivinə 146 xal yazdırıb.

Bu mənada ən yüksək göstərici Şakil O'Nilə (145) məxsus idi. Sonrakı sıralarda Lebron Ceyms (144) və Kobe Brayantin (140) adlarına rast gəlmək mümkündü.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR