Stenli Kuboku:

Stenli Kuboku: "Boston" final seriyasını 7-ci oyuna daşıdı

NHL-də Stenli Kubokunun final seriyasında 6-cı oyun keçirilib.

"Sent-Luis" "Boston"u qəbul edib. Bred Marşand 8-ci dəqiqədə hesabı açıb. "Boston" üçüncü periodun əvvəllərində Brendon Karlonun qolu sayəsində fərqi artırıb. Ardınca Karson Kulman "Sent-Luis"in qapısına yol tapıb. Çox keçmədən Rayan O'Raylli fərqlənsə də, "Bluz"un bundan artığına gücü çatmayıb. Əvəzində "Boston" David Pastrnyak və Zdeno Haranın qolları ilə qarşılaşmaya nöqtə qoyub - 5:1. Beləliklə, final seriyasında 3:3-lük bərabərlik yaranıb. Stenli Kubokunun qalibi 7-ci matçda müəyyənləşəcək.


NHL

Stenli Kuboku

Final seriyası (6-cı oyun)

"Sent-Luis Bluz" - "Boston Bruins" - 1:5

Qollar: O'Raylli (52) - Marşand (8), Karlo (42), Kulman (50), Pastrnyak (54), Hara (57)

Seriyada hesab - 3:3


Final seriyasının 7-ci görüşü iyunun 12-dən 13-nə keçən gecə Bakı vaxtı ilə saat 04:00-da oynanılacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR