Stenli Kuboku:

Stenli Kuboku: "Sent-Luis" çempionluğun bir addımlığında

NHL-də Stenli Kubokunun final seriyasında beşinci oyun keçirilib.

"Boston" "Sent-Luis"i qəbul edib. Görüşdə hesab ikinci periodun əvvəllərində açılıb. Rayan O'Raylli qonaqları önə keçirib. Üçüncü periodda Devid Perron fərqi artırıb. Çox keçmədən "Boston"un heyətndə Ceyk Debrask fərqlənsə də, "Bruins"in bundan artığına gücü çatmayıb. Səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən "Sent-Luis" seriyada önə keçib - 3:2. "Bluz" daha bir qələbə qazanacağı təqdirdə Stenli Kubokunun qalibi olacaq.


NHL

Stenli Kuboku

Final seriyası (beşinci oyun)

"Boston Bruins" - "Sent-Luis Bluz" - 1:2

Qollar: Debrask (53) - O'Raylli (20), Perron (50)

Seriyada hesab - 2:3


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR