Stenli Kuboku:

Stenli Kuboku: "Sent-Luis" final seriyasını bərabərləşdirdi

NHL-də Stenli Kubokunun final seriyasında ikinci oyun keçirilib.

"Boston" "Sent-Luis"i qəbul edib. Oyunun əsas vaxtında bütün qollar ilk periodda vurulub. Əvvəlcə ev sahibləri 4-cü dəqiqədə Çarli Koylun qolu ilə hesabı açıb. Robert Bortutso 9-cu dəqiqədə matça tarazlıq gətirib. Bir dəqiqə sonra Yuakim Nordström yenidən "Boston"u önə keçirib. Onun qoluna cavab isə Vladimir Tarasenkodan gəlib. Əsas vaxtda qalib müəyyənləşmədiyi üçün overtayma ehtiyac duyulub. Overtaymda "Sent-Luis" Karl Qunnarssonun qolu sayəsində qələbə qazanıb. Beləliklə, "Bluz" seriya hesabını bərabərləşdirib.



NHL

Stenli Kuboku

Final seriyası (ikinci oyun)

"Boston Bruins" - "Sent-Luis Bluz" - 2:3 (overtaym)

Qollar: Koyl (4), Nordström (10) - Bortutso (9), Tarasenko (14), Qunnarsson (63)

Qapıçılar: Rask (34/37) - Binninqton (21/23)

Seriyada hesab - 1:1


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR