Sterlinqin bu tatuajı qalmaqal yaratdı - FOTO

Sterlinqin bu tatuajı qalmaqal yaratdı - FOTO
"Mançester Siti"nin futbolçusu Raheem Sterlinqin ayağına döydürdüyü tatuaj sərt reaksiyalara səbəb olub. 

Sport7.az xəbər verir ki, silahlanmaya qarşı olan qruplar Sterlinqin dnya çempionatına aparılan heyətdən çıxarılmasını tələb edib. 

hazırda dünya çempionatına hazırlaşan iİngiltərə yığmasınının heyətində yer alan Sterlinq ayağına vurdurduğu "M16" silah temalı tatuaja görə "topa tutulub".

Qruplar "Bu rüsvayçılıqdı... Qəti şəkildə qəbul edilə bilməz. Sterlinq bu döyməsinə görə utanmalıdı" şəklində etirazlarını bildirərək, futbolçunun DÇ-yə gedən heyətdən çıxarılmasını tələb ediblər. 

Tənqidlərin ardından Sterlinq "İnstaqram" hesabından bu addımının səbəblərini açıqlayıb. O "Atam mən 2 yaşında olanda silahla vurularaq öldürülüb. Bu səbəbdən özümə həyatım boyunca heç bir silaha toxunmayacağıma söz verdim. Döymənin daha dərin bir anlamı var. Və hələ tamamlanmayıb" sözlərini yazıb.

Uzun illər "Liverpul" forması geyən Sterlinq, "mançester Siti"də 3 mövsümü geridə buraxıb. Son mövsümdə 46 matçda 23 qol və 13 məhsuldar ötürməyə imza atan futbolçu İngiltərə yığmasında  37 matçda meydana çıxıb. Bu müddətdə 2 dəfə rəqib qapıçıları məyus edib.
 
 

Sport7.az

Xəbər lenti