Stiv Körr Don Nelson və Çak Deylini geridə qoydu

Stiv Körr Don Nelson və Çak Deylini geridə qoydu

"Qolden Steyt" NBA final seriyasının ikinci matçında "Toronto"nu 109:104 hesabı ilə məğlub etdi.

Bu, Stiv Körrün baş məşqçi kimi pley-offlardakı 76-cı qələbəsidi. 53 yaşlı mütəxəssis Don Nelson və Çak Deylini (hər ikisi 75 qələbə) geridə qoyub.

Körr sözügedən göstərici üzrə 12-ci sırada qərarlaşıb. O, Rik Adelman (79), Lenni Vilkens və Corc Karldan (hər ikisi 80) azacıq geri qalır.

Sıralamanın zirvəsində aktivində 229 pley-off qalibiyyəti olan Fil Cekson var. Pet Rayli (171) ikinci, Qreqq Popoviç (170) isə üçüncüdü.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR