Stolüstü tennis üzrə Azərbaycan kuboku keçiriləcək

Stolüstü tennis üzrə Azərbaycan kuboku keçiriləcək

Cari ilin 22-23 noyabr tarixlərində Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının təqvim idman planına müvafiq təşkil etdiyi gənclər və yeniyetmələr arasında Azərbaycan kuboku keçiriləcək.
 
Sport7.az xəbər verir ki, şəxsi-komanda xarakteri daşıyan kubokda Azərbaycanın regionlarından komandalar iştirak edəcəklər.
 
Kubok 22 noyabr saat 10.00-da "Şüa” İdman kompleksində keçiriləcəkdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR