Ştuxlikin planı iflasa uğradı

Ştuxlikin planı iflasa uğradı

"Azərbaycanın 2020-ci il üçün FIFA referilərinin siyahısında heç bir dəyişiklik olmayacaq”.
 
Sport7.az xəbər verir ki, bu sözləri "Lider" TV-yə müsahibəsində AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik deyib.

Onun dediyinə görə, növbəti il üçün siyahıda cari mövsümdə olduğu kimi, Əliyar Ağayev, Rəhim Həsənov və Rauf Cabbarov yer alacaq: "Hakimlərimizdən Əliyar Ağayev 1-ci kateqoriyada yer alıb. Yeni siyahıda bir nəfərin adını vermək istəyirdim. Lakin istədiyimi tapa bilmədim. Fiziki baxımdan hakimlərimiz yaxşıdı, ancaq ingilis dili ilə bağlı böyük problem var. FİFA-ya hansı hakimin adını göndərirsənsə, o, bütün meyarlara cavab verməlidi. Bu meyarlara cavab verməyən hakimi göndərsək, onu məhv etmiş olarıq. Təsəvvür edin, adı siyahıya daxil edilmiş hakim FİFA-nın seminarında ingilis dilində ünsiyyət qura bilmir. O zaman həmin referi üçün hər şey bitmiş olacaq".

Etibarlı mənbədən aldığımız məlumata görə, Frits Ştuxlik Rəhim Həsənovla Rauf Cabbarovun "qələmini qırmaq” arzusuyla alışıb yanır. Lakin onların yerinə göndərməyə hakim tapa bilmədiyinə görə hələlik gözləməyə məhkumdu. Ətrafındakıların irəli dartmağa çalışdığı hakimlərin heç biri ingilis dilini bilmədiyinə görə Ştuxlik planını təxirə salıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR