Suares:

Suares: "Argentina çempionluğa iddialıdı, çünki onların heyətində dünyanın ən yaxşı futbolçusu oynayır"

"Barselona"nın və Uruqvay millisinin hücumçusu Luis Suares "Copa America" turniri haqqındakı gözləntilərini mətbuat nümayəndələri ilə bölüşüb.

Suares Lionel Messi səbəbindən Argentinanın qələbəyə iddialı olduğunu bildirib:

"Kubok uğrunda mübarizə aparmaq gücünə qadir oyunçulara sahibik. Çempionluğa iddialıyıq və bütün komandalar bizə hörmətlə yanaşırlar. Uruqvay "Copa America" turnirini hamıdan çox qazanıb.

Argentinanın da çempionluğa iddialı olması heç kimə sirr deyil, çünki onların heyətində dünyanın ən yaxşı futbolçusu (Messini nəzərdə tutur) oynayır".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR