Sulanmayan meydan, iclasa gecikən polis və həkim

Sulanmayan meydan, iclasa gecikən polis və həkim

AFFA-nın İntizam Komitəsiniun növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Birinci Divizionun 16-cı turu ilə bağlı qərarlar belə olub. 
 
21 fevral, I Divizionun XVI turunun "Turan Tovuz ” – "Neftçi-2” oyununda "Turan Tovuz” klubunun 6 nömrəli futbolçusu Veysəl Rzayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. (maddə 47)
Oyunda meydan sulanmadığına görə meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 60)
Oyun öncəsi təcili yardım nümayəndəsinin təyin olunan vaxtda iclasda iştirak etməyib. Bu səbədən "Turan Tovuz” klubu 40 manat cərimə olunur. (maddə 62)
"Neftçi-2” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
20 fevral, I Divizionun XVI turunun "Qarabağ-2” – "Zirə-2” oyununda "Qarabağ-2” klubunun 31 nömrəli futbolçusu İzzət Müştaqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.(maddə 47)
 
20 fevral , I Divizionun XVI turunun "Qarabağ-2” – "Zirə-2” oyununda "Qarabağ-2” klubunun 88 nömrəli futbolçusu Şirxan Həsənzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur. (maddə 36)
"Zirə-2”  klubunun 79 nömrəli futbolçusu Rüstəm Rüstəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.(maddə 47)
 
20 fevral, I Divizionun XVI turunun "Sabah-2” – "Səbail-2” oyununda "Sabah-2” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.(maddə 39)
Oyunöncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib. Bu səbədən "Sabah-2” klubu 40 manat cərimə olunur.(maddə 62)
 "Səbail-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR