Süleyman Mikayılova AİBA-da növbəti vəzifə

Süleyman Mikayılova AİBA-da növbəti vəzifə

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova beynəlxalq federasiya növbəti dəfə böyük etimad göstərib.
 
Sport7.az ABF-in saytına istinadən xəbər verir ki, qurum rəsmisi bundan sonra AİBA büro üzvü kimi də fəaliyyətini davam etdirəcək.

Beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda cəmi 7 nəfər çalışacaq. Bunlar AİBA prezidenti Qafur Rəhimov, 2 vitse-prezident və İcraiyyə Komitəsinin 4 üzvüdür. AİBA rəhbərinin təqdimatı ilə İcraiyyə Komitəsinin üzvlərinin təsdiq etdikləri "yeddilik” 4 il müddətinə bu vəzifəni icra edəcək.

Büro dünya boksunda ən vacib məsələləri – bu idman növünün gələcəyini müəyyən etmək, qanunların dəyişməsi, maliyyə məsələlərinə nəzarət, həmçinin idarəetməni müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarmaq səlahiyyətinə sahibdir.

Qeyd edək ki, ABF-in vitse-prezidenti Süleyman Mikayılov bu hüquqa ikinci dəfə yiyələnib. O, 2013-cü ildə də 5 nəfərdən ibarət olan büroda eyni vəzifəni daşıyıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR